Messi 90 milyonluq təklif aldı, PSJ ilə razılaşmadı

Messi 90 milyonluq təklif aldı, PSJ ilə razılaşmadı

Hazırda oxunan: Messi 90 milyonluq təklif aldı, PSJ ilə razılaşmadı

123791

Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubu PSJ-nin hücumçusu Lionel Messiyə böyük məbləğdə müqavilə təklif edib.

Bizim.Media xəbər verir ki, "Marca"ya istinadən xəbər verir ki, ərəblər argentinalı futbolçuya hər mövsümü üçün 90 milyon avro ödməyə hazırdırlar.

İspaniyanın digər nəşri “La Vanguardia” isə yazıb ki, 35 yaşlı futbolçu PSJ-nin ona təklfi etdiyi yeni müqaviləni rədd edib. Mənbənin məlumatına görə, DÇ-2022 öncəsi tərəflər müqavilənin uzadılması ilə bağlı razılığa gəlsələr də, Messi sonra PSJ-nin təklifini qəbul etməyib. Parislilərin təklif etdiyi maaş Messini qane etməyib.

PSJ Maliyyə Fair Play problemlərinin olduğuna görə Messiyə aşağı məbləğdə maaş təklif etmək məcburiyyətində qalıb. 

Qeyd edək ki, Messinin PSJ ilə 2021-ci ildə imzaladığı hazırkı müqaviləsi bu ilin iyununda başa çatır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO