Azərbaycan çempionatında BU GÜN: “Sumqayıt” “Səbail”i, “Sabah” isə “Kəpəz”i qəbul edəcək

Azərbaycan çempionatında BU GÜN: “Sumqayıt” “Səbail”i, “Sabah” isə “Kəpəz”i qəbul edəcək

Hazırda oxunan: Azərbaycan çempionatında BU GÜN: “Sumqayıt” “Səbail”i, “Sabah” isə “Kəpəz”i qəbul edəcək

123755

Futbol üzrə Azərbaycan Premyer Liqasında 25-ci turun oyunları davam edir.  

Bizim.Media xəbər verir ki, bu gün iki qarşılaşma baş tutacaq.  

Hər iki görüş paytaxtda keçiriləcək. Günün ilk oyunu Bayılda keçiriləcək. Sonuncu pillədə olan "Səbail" doğma meydanda "Sumqayıt"ı qəbul edəcək. Matçın start fiti saat 16:00-da səslənəcək.  

Günə "Bank Respublika Arena"da yekun vurulacaq. Meydan sahibi sabah "Kəpəz"i sınağa çəkəcək. Bu oyun saat 18:30-da başlayacaq. 

4 mart (şənbə) 
“Səbail” – “Sumqayıt” 
Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Rəhman İmami, Vüqar Həsənli 
Hakim-inspektor: Asim Xudiyev 
AFFA nümayəndəsi: Elçin Məmmədov 
“ASCO Arena”, 16:00 

“Sabah” – “Kəpəz” 
Hakimlər: Rauf Allahverdiyev, Pərvin Talıbov, Zöhrab Abbasov, Emin Əliyev 
Hakim-inspektor: Rəhim Həsənov 
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov 
“Bank Respublika Arena”, 18:30 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO