AFFA-dan “Qarabağ”ın qapıçısına 3 oyunluq CƏZA 

AFFA-dan “Qarabağ”ın qapıçısına 3 oyunluq CƏZA 

Hazırda oxunan: AFFA-dan “Qarabağ”ın qapıçısına 3 oyunluq CƏZA 

123637

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Bizim.Media PFL-in saytına istinadən xəbər verir ki, Misli Premyer Liqasının 24-cü turunda keçirilən oyunlarla bağlı qərarlar verilib.

“Turan Tovuz” – “Zirə” oyununda “Zirə”nin 4 oyunçusu, “Sumqayıt” – “Kəpəz” oyununda “Kəpəz”in 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün bu klubların hər biri 800 manat məbləğində cərimə edilib.

“Şamaxı” – “Sabah” oyunundan sonra “Sabah”ın rəsmi şəxsləri ilə oyunun 1-ci köməkçi hakimi arasında mübahisə yaşandığına görə klub 3200 manat cərimə edilib. 

“Qarabağ” – “Neftçi” oyununda “Qarabağ”ın azarkeşləri kütləvi təhqiramiz ifadələr işlətdiyinə görə “Qarabağ” klubu 4000 manat cərimə edilib. “Qarabağ”ın qapıçısı Luka Quqeşaşvili azarkeşlərə tərəf kənar əşya atdığına görə oyunçu 3 oyun cəzalandırılıb. Oyun cəzası şərti olaraq tətbiq ediləcək. Şərti cəzaya görə sınaq müddəti 3 (üç) ay müəyyən olunur. Klub 2400 manat cərimə edilib.  
“Neftçi”nin azarkeşləri pirotexnikadan istifadə etdiyinə görə “Neftçi” klubu 800 manat, azarkeşlər tərəfindən meydançaya kənar əşyaların atılmasına görə isə 1600 manat cərimə edilib.  Həmçinin “Neftçi”nin azarkeşləri tərəfindən kütləvi təhqiramiz ifadələrin işlənməsinə görə klub 4000 manat cərimə edilib.  “Neftçi” klubunun azarkeşlərinin oturacaqları sındırması və süni örtüyə ziyan vurmasına görə dəymiş ziyan “Neftçi” klubu tərəfindən ödəniləcək.

Rəşad Rafiqoğlu, Bizim.Media 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO