Bu gün Azərbaycanın futzal millisi DÇ-2024-ün əsas mərhələsində növbəti oyununu keçirəcək.
Bizim.Media xəbər verir ki, yığmamız Yunanıstanı qəbul edəcək. Qarşılaşma Bakı İdman Sarayında olacaq. Oyun saat 20:00-da start götürəcək.
Görüşü Eduardu Koelyunun başçılıq etdiyi portuqaliyalı hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, 6-cı qrupda mübarizə aparan Azərbaycan millisi 6 xalla liderdir. 7 oyun keçirmiş Polşa eyni xala malikdir. Millimiz qrupdakı sonuncu matçında martın 7-də Polşanın qonağı olacaq.
DÇ-2024, əsas mərhələ
20:00. Azərbaycan - Yunanıstan
Baş hakim: Eduardu Koelyu (Portuqaliya)
Bakı İdman Sarayı.
Sonda isə bir şeyi qeyd etmək yerinə düşər və bu, böyük MƏDƏNİYYƏT göstəricisi olar. Yunanıstan Türkiyədə baş vermis zəlzələ zamanı göstərdiyi əsil qonşuluq davranışına görə, Azərbaycan insanından minnətdarlıq, bir TƏŞƏKKÜR JESTİ haqq edib.
Millilərin oyununu izləməyə gələn azakeşlər bütün yunan xalqını ayaq üstə alqışlayaraq “Türkiyəyə görə təşəkkürlər Yunanstan!” şüarı səsləndirsələr bu jest insanlıq üçün bir nümunə ola bilər. Odur ki, haydı, hamı Bakı İdman Sarayına. Azərbaycanı, Türkiyəni, Yunanıstanı və bütün insanlığı dəstəkləmək zamanıdır!
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
10:30 / 03.03.2023
Hamı axşam saat 8-də Bakı İdman SARAYINA – Yunanıstana TƏŞƏKKÜR borcumuz var
Hazırda oxunan: Hamı axşam saat 8-də Bakı İdman SARAYINA – Yunanıstana TƏŞƏKKÜR borcumuz var
Hazırda oxunan: Hamı axşam saat 8-də Bakı İdman SARAYINA – Yunanıstana TƏŞƏKKÜR borcumuz var
123541
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.