Fevralın sonlarında velosipeddən yıxılaraq biləyini zədələyən “Aston Martin”in üzvü Lens Stroll həftəsonu Bəhreyn Qran-prisində qüvvəsini sınaya biləcək.
Bizim.Media xəbər verir ki, kanadalı pilot əməliyyat olunsa da, yarışa qatılmaqda problem yaşamayacağını söyləyib:
“Bəhreyndə keçirilən testlərdə iştirak edə bilmədiyimə görə üzüldüm. Amma biləyimdəki zədə ciddi olmadı. Uğurlu əməliyyat nəticəsində artıq problemdən qurtulmuşam. Artıq komandanın daxilindəyəm və biz həftəsonu təşkil olunacaq yarışa hazırlaşırıq. Bu müddət ərzində mənə dəstək olan hamıya təşəkkür edirəm. Tez sıraya dönməyim üçün əlindən gələni edən “Aston Martin” rəhbərliyinə də minnətdaram”.
Xatırladaq ki, fevralın 23-25-də Bəhreyndə keçirilən test yarışlarında Strollu “Aston Martin”in ehtiyat pilotu Felipe Druqoviç əvəzləmişdi.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
01:06 / 03.03.2023
Velosipeddən yıxılan pilot Formula-1-in ilk yarışında iştirak edəcək
Hazırda oxunan: Velosipeddən yıxılan pilot Formula-1-in ilk yarışında iştirak edəcək
Hazırda oxunan: Velosipeddən yıxılan pilot Formula-1-in ilk yarışında iştirak edəcək
123514
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.