“Qarabağ” “Anderlext” və “Antalyaspor”un təklifini rədd etdi

“Qarabağ” “Anderlext” və “Antalyaspor”un təklifini rədd etdi

Hazırda oxunan: “Qarabağ” “Anderlext” və “Antalyaspor”un təklifini rədd etdi

123369

“Qarabağ”ın futboçusu Elvin Cəfərquliyevə xarici klubların maraq göstərməsi ilə bağlı xəbər vermişdik. 

Bizim.Media xəbər verir ki, Türkiyənin “Antalyaspor” və Belçikanın “Anderlext” klublarının futbolçu ilə bağlı təkliflərinin olduğu məlum idi. Hətta Belçika təmsilçisinin Elvini izləmək üçün “Gent”lə oyuna xüsusi skautlar göndərdiyini bu ölkənin mətbuatı yazmışdı. Ancaq Ağdam klubu futbolçusunu satmaq fikrində deyil. 

Ötən il Cəfərquliyevlə yeni müqavilə imzalayan çempion Elvinlə bağlı olan təklifləri qəbul etməyib. 

2018-ci ildən “Qarabağ”da çıxış edən Elvin Cəfərquliyev bir mövsüm icarə əsasında “Sumqayıt”da da oynayıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO