Bu mövsüm “Turan Tovuz”un heyətində ən yaxşı oyunçulardan biri də Runi Evadır. Komandanın bombardiri kimi kamerunlu hücumçu artıq digər klublarımızdan da təklif alıb, ancaq qərb klubu əsas futbolçusunu buraxmaq istəmir.
Bizim.Media-nın məlumatına görə, ona yeni müqavilə də təklif olunub.
Ancaq “Turan Tovuz”un maliyyə imkanları məhdud olduğundan Evanın maaşını o qədər də qaldırmaq mümkün olmayacaq.
İndi hər şey digər klubların təklif etdiyi maliyyə şərtlərindən və Runi Evanın verəcəyi qərardan asılıdır.
Kamerunlunun müqaviləsi yayda başa çatır.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
23:14 / 28.02.2023
“Turan Tovuz” legionerini saxlamaq istəyir
Hazırda oxunan: “Turan Tovuz” legionerini saxlamaq istəyir
Hazırda oxunan: “Turan Tovuz” legionerini saxlamaq istəyir
123102
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.