Cüdoçuların reytinq cədvəli açıqladı, 4-lükdə kimlər yer aldı?

Cüdoçuların reytinq cədvəli açıqladı, 4-lükdə kimlər yer aldı?

Hazırda oxunan: Cüdoçuların reytinq cədvəli açıqladı, 4-lükdə kimlər yer aldı?

122175

Beynəlxalq Cüdo Federasiyasının Olimpiya Təsnifat Dövrü üçün Olimpiya Dünya Reytinq siyahısı yenilənib.

Bizim.Media xəbər verir ki, Olimpiya Reytinq Cədvəlinə əsasən 60- kq. çəkidə Balabəy Ağayev 2-ci yerdə, 73-kq çəkidə Hidayət Heydərov 4-cü yerdə, 81-kq. çəkidə Səid Mollayi 2-ci yerdə qərarlaşıb. 100-kq. çəkidə isə Zelim Kotsoyev ilk sırada yer alıb.

Bu reytinq cədvəli 23 fevral 2023-cü il tarixinə olan vəziyyətdir.  Olimpiya Oyunlarında hər ölkədən hər çəki dərəcəsində yalnız bir idmançı mübarizə apara bilər.

Xatırladaq ki, Olimpiya vəsiqələri üçün hesablanan yarışların sayının az olması səbəbindən birbaşa və ya kontinental kvotaların bir hissəsi tam və ya dəqiq olmadığı üçün rəsmi deyil.

Rəşad Rafiqoğlu, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO