Millimizin üzvü qol vurdu, komandası uduzdu - VİDEO

Millimizin üzvü qol vurdu, komandası uduzdu - VİDEO

Hazırda oxunan: Millimizin üzvü qol vurdu, komandası uduzdu - VİDEO

121467

Futbol üzrə İsveçrə çempionatında 21-ci turun oyunları keçirilib. 

Bizim.Media xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Qrasshopper” də növbəti matçına çıxıb. 

Sözügedən kollektiv doğma meydanda “Sürix”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2. 

Renat da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 76-cı dəqiqədə əvəzlənib. Komandasının yeganə qolunu da 30-cu dəqiqədə penaltini dəqiq yerinə yetirən Renat vurub. “Qrasshopper” 21 turdan sonra 24 xalla 10 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb.
 


Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO