"Roma"nın futbolçusu Paulo Dibalanın yay transfer pəncərəsində klubdan ayrılacağı gözlənilir.
Bizim.Media xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Məlumata görə, 29 yaşlı hücumçu bir çox xarici klubların maraq dairəsindədir. Onların arasında Türkiyə "Qalatasaray"ı da var.
Bildirilir ki, argentinalı forvard özü də A seriyası təmsilçisindən ayrılmağa müsbət yanaşır.
"Roma" artıq Pauloya qiymət də təyin edib. Dibala gedəcəyi təqdirdə "Roma" onun üçün xarici klublardan 12 milyon avro, İtaliya klublarından isə 20 milyon avro tələb edəcək.
Qeyd edək ki, Paulo bu mövsüm "Roma"nın heyətində 22 matçda 11 qol vurub və 7 qolun ötürməsini verib.
Bizim.Media
- A-
- A
- A+
İdman
18:33 / 18.02.2023
"Roma" Dibalaya qiymət qoydu
Hazırda oxunan: "Roma" Dibalaya qiymət qoydu
Hazırda oxunan: "Roma" Dibalaya qiymət qoydu
121251
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.