Basketbol Liqasında 17-ci tura yekun vuruldu - FOTO

Basketbol Liqasında 17-ci tura yekun vuruldu - FOTO

Hazırda oxunan: Basketbol Liqasında 17-ci tura yekun vuruldu - FOTO

120288

13 fevral tarixində "Sərhədçi" İdman Mərkəzində, "Sabah BK" və "Neftçi İK" basketbolçuları arasında 17-ci turun son oyunu baş tutdu.  

Bizim.Media xəbər verir ki, birinci hissədə bərabər mübarizə getsə də, ikinci hissədə "Sabah BK" basketbolçuları üstün oyun sayəsində 79-61 hesablı qələbə qazandılar.  

Ən məhsuldar basketbolçular: "Sabah BK" ( Mayk Edvards - 15 xal, 6 ribaund ), "Neftçi İK" ( Yuri Kondrakov - 18 xal, 8 ribaund). 

Qeyd edək ki, 18-ci turun oyunları ("NTD BK" - "AAAF Xırdalan BK", "Sabah BK" - "Gəncə BK", "Neftçi İK" - "Olimpik Şəki BK", "Zirvə Astara BK" - "Sərhədçi PİK") 15, 18 və 19 fevral tarixlərində keçiriləcəkdir. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO