Premyer Liqa klubları Superliqaya qoşulmağa qarşı çıxdı

Premyer Liqa klubları Superliqaya qoşulmağa qarşı çıxdı

Hazırda oxunan: Premyer Liqa klubları Superliqaya qoşulmağa qarşı çıxdı

119933

İngiltərə Premyer Liqası klubları Avropa Superliqasına qatılmaq fikrində deyil .  

Bizim.Media xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.  

Bildirilib ki, Londonda İngiltərə çempionatının klublarının nümayəndələrinin görüşü keçirilib.

Liqanın icraçı direktoru Riçard Masters onlara yeni Superliqa layihəsinin təqdimatının təfərrüatları barədə məlumat verib.  

Premyer Liqanın 20 klubunun hamısı öz liqalarının mövqeyini dəstəkləyərək turnirə qatılmaq istəmədiklərini bildiriblər. 

Qeyd edək ki, Avropa Superliqasının təşkilatçıları - "Barselona", "Real" və "Yuventus" Avropa Superliqasını bərpa etməyə hazırlaşırlar. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO