“Sumqayıt” “Arsenal”ın futbolçusunu transfer etdi - FOTO

“Sumqayıt” “Arsenal”ın futbolçusunu transfer etdi - FOTO

Hazırda oxunan: “Sumqayıt” “Arsenal”ın futbolçusunu transfer etdi - FOTO

119662

“Sumqayıt” daha bir futbolçunu heyətinə cəlb edib.

Bizim.Media Klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "kimyaçılar" son olaraq Rusiyanın “Arsenal” (Tula) klubunda çıxış etmiş Kamran Əliyevlə 2,5 illik müqavilə imzalayıb.

24 yaşlı azərbaycanlı futbolçu “Sumqayıt”ın heyətində “23” nömrəli formada çıxış edəcək.

Rusiyanın “Ximki” klubunun yetirməsi olan Kamran Əliyev karyerası ərzində “SKA Xabarovsk” və “Arsenal” (Tula) komandalarında da çıxış edib. O, həmçinin 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyətində 2 oyun keçirib.

Rəşad Rafiqoğlu, Bizim.Meida

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO