La Liqanın rəhbəri Super Liqa haqda - \

La Liqanın rəhbəri Super Liqa haqda - \"Futbol öləcək\" 

Hazırda oxunan: La Liqanın rəhbəri Super Liqa haqda - \"Futbol öləcək\" 

119560

İspaniya La Liqasının prezidenti Xavyer Tebas növbəti dəfə Avropa Super Liqasının yaradılması ideyasından danışıb. 

Bizim.Media xəbər verir ki, o, "Mundo Deportivo"ya açıqlamasında təklif olunan modelin qeyri-demokratik olduğunu bildirib: 

"Bundan yalnız bir neçə zəngin klub güc ala bilər. Kiçik və orta komandalar isə yalnız səsvermə hüququ əldə edir. Liqanın 100 faiz açıq olacağını deyirlər, amma reallıq ondan ibarətdir ki, bundan yalnız bir neçə zəngin klub faydalanacaq. 

Əgər siz bir neçə diviziona bölünməkdən danışırsınızsa, amma eyni zamanda cəmi bir neçə klub elit divizionda yer almağa zəmanət verirsə, deməli modeliniz 100 faiz açıq deyil. Bu, yalan vəddir. Bunlar reallaşsa, bildiyimiz kimi, futbol öləcək". 
Xatırladaq ki, 12 komandanın iştirakı ilə Super Liqa 2022-ci ilin aprelində yaradılsa da, iki gün sonra 9 klub yarışdan çıxdığını açıqlamışdı. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO