Ronaldo

Ronaldo "Əl-Nəsr"də ilk qolunu vurdu

Hazırda oxunan: Ronaldo "Əl-Nəsr"də ilk qolunu vurdu

118365

“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı klubunun heyətində rəsmi oyunlarda ilk qolunu vurub.

Bizim.Media xəbər verir ki, o, çempionatın 15-ci turunda "Əl-Fateh"lə matçda (2:2) penaltidən fərqlənib.

Start heyətdə meydana daxil olan və sona kimi oynayan 37 yaşlı hücumçu 90+3-cü dəqiqədə komandasının bərabərlik qolunun müəllifi olub.
Bu nəticədən sonra "Əl-Nəsr" 34 xalla 1-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, Kriştiano 2022-ci ilin dekabrında “Əl-Nəsr"lə 2.5 illik müqavilə imzalayıb.

O, bundan əvvəl Səudiyyə Ərəbistanı klubu ilə iki rəsmi matçda qol vura bilməmişdi. Ronaldo "Əl-Nəsr" və "Əl-Hilal"ın futbolçularından ibarət komandasının PSJ ilə yoldaşlıq görüşündə isə dubla imza atmışdı (4:5).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO