\

\"Lester\"dən 17 milyonluq transfer

Hazırda oxunan: \"Lester\"dən 17 milyonluq transfer

118144

“Lester Siti” heyətini yeni futbolçu ilə gücləndirib. 

Bizim.Media xəbər verir ki, Premyer Liqa klubu Avstraliya yığmasının və “Stok Siti”nin mərkəz müdafiəçisi Harri Suttarı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

24 yaşlı futbolçu ilə 2028-ci ilin 30 iyununa kimi müqavilə imzalanıb. “Lester Siti” bu transfer üçün “Stok Siti”yə 17 milyon avro ödəyib. 

Qeyd edək ki, Suttar 2016-cı ildən oynadığı “Stok Siti”də 70 oyuna 2 qol vurub. Futbolçu bu müddətdə “Ross Kaunti” və “Flitvud Taun”da icarədə də oynayıb. O, Avstraliya yığmasında 14 oyuna 6 qol vurub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO