Abramoviç

Abramoviç "Çelsi"nin satışından Ukraynaya 2,3 milyard funt-sterlinq verəcək

Hazırda oxunan: Abramoviç "Çelsi"nin satışından Ukraynaya 2,3 milyard funt-sterlinq verəcək

117679

Xəbər verdiyimiz kimi, rusiyalı iş adamı Roman Abramoviç hələ sanksiyalar siyahısına daxil edilməmişdən əvvəl İngiltərənin "Çelsi" klubunu satacağını elan etmişdi. Klubun satışını rəsmiləşdirmək üçün Abramoviç hökumətdən icazə almalı olub.

Rəsmilər sövdələşməyə nəzarət ediblər ki, bir funt da rusiyalıya verilməsin. Abramoviç isə satışdan əldə olunan 2,5 milyard funt-sterlinqin Ukraynadakı zərərçəkənlərə göndəriləcəyini demişdi.
Bizim.Media xəbər verir ki, Britaniyanın “The Telegraph” nəşri mövzu ilə yeni informasiya əldə edib.

Belə ki, Britaniya hökuməti Abramoviçlə müqavilə bağlayıb. Ona əsasən Ukraynaya yardım fondu yaradılacaq və bu fonda "Çelsi"nin satışından 2,3 milyard funt sterlinq köçürüləcək.

Fonda BMT-nin Uşaq Fondunun UNICEF-in Britaniya ofisinin keçmiş rəhbəri Mayk Penrouz rəhbərlik edəcək. Yaxın bir neçə həftə ərzində fondun necə idarə olunacağı və hansı layihələrin həyata keçiriləcəyi barədə daha ətraflı məlumat veriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO