Ovusu \

Ovusu \"Ferentsvaroş\"a keçidinin səbəbini açıqladı

Hazırda oxunan: Ovusu \"Ferentsvaroş\"a keçidinin səbəbini açıqladı

117568

"Qarabağ"dan "Ferentsvaroş"a transfer olunan Ovusu Kvabena Macarıstan təmsilçisinə keçidindən danışıb.

Bizim.Media ghanasoccernet.com-a istinadən xəbər verir ki, 26 yaşlı hücumçu Budapeşt təmsilçisinin əla kollektiv olduğunu, bu komanda ilə Çempionlar Liqasında oynamaq istədiyini deyib:

"Ferentsvaroş" əla komandadır. O vaxt “Ferentsavoş”la üz-üzə gələndə komanda yoldaşlarıma dedim ki, uşaqlar, bu rəqib bizə çətin anlar yaşadacaq, oyuna hərtərəfli yaxşı hazırlaşmalıyıq. Onlar da Çempionlar Liqasının qrupuna düşmək istəyirdilər.
Bu səbəbdən tam gücümüzlə mübarizə aparmalıydıq. Bu komandaya yenidən Çempionlar Liqasında oynamaq üçün gəldim. İstərdim ki, bütün bacarığımla komandaya kömək edim. İstəyimizə nail olmaq üçün birlikdə çalışmalıyıq. Mən bu gözəl komanda ilə oyuna çıxmağı səbrsizliklə gözləyirəm".

Qeyd edək ki, Ovusu ötən gün "Ferentsvaroş"la müqavilə imzalayıb. Lakin sözləşmənin detalları açıqlanmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO