Vasif Durarbəyli ölkə çempionu oldu - FOTO

Vasif Durarbəyli ölkə çempionu oldu - FOTO

Hazırda oxunan: Vasif Durarbəyli ölkə çempionu oldu - FOTO

117187

Bu gün ölkə çempionatında tay-brek görüşləri oynanılıb.  

Bizim.Media xəbər verir ki, finalın ilk rapib mübarizəsində ağ fiqurlarla oynayan Vasif Durarbəyli rəqibi Vüqar Əsədlini məğlub edib. İkinci görüşdə də qələbə qazanan Vasif Durarbəyli Azərbaycan çempionatının qalibi olub.

Bu V.Durarbəylinin karyerasında ikinci ölkə çempionluğudu. İlk dəfə 2021-ci ildə şahmatçı Azərbaycan çempionatında birinci yeri tutub.

Üçüncü yer uğrunda görüş Eltac Səfərli - Məhəmməd Muradlı arasında keçirilib. İlk rapid oyunu heç-heçə başa çatıb. İkinci oyunda ağ fiqurlarla mübarizə aparan Eltac Səfərli rəqibi məğlub etməklə bürünc medala sahib çıxıb.
Qeyd edək ki, çempionatın ümumi mükafat fondu 25 min manat təşkil edir. Çempion 10 min manat pul mükafatı qazanıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO