“Neftçi” seneqallı futbolçudan imtina etdi

“Neftçi” seneqallı futbolçudan imtina etdi

Hazırda oxunan: “Neftçi” seneqallı futbolçudan imtina etdi

116865

Qış fasiləsində iki futbolçu transfer edən “Neftçi”nin üçüncü oyunçunun keçidini həll etmək istəyi alınmayıb.  

Bizim.Media xəbər verir ki, söhbət seneqallı yarımmüdafiəçi Şeyx Pape Diopdan gedir.  

25 yaşlı afrikalı ilə müqavilə şərtlərində razılığa gəlmək mümkün olmayıb. 

Pape “Selta”, “Lion”, “Dijon” kimi tanınmış klubların formasını geyinib. La Liqada 38, Liqa 1-də 34 oyuna çıxıb. Peşəkar karyerası ərzində 141 matçda 5 qol vurub.  

Vaxtilə 10 milyon avro transfer qiyməti olan seneqallı legionerin son klubu Yunanıstan “Aris”i olub. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO