UEFA Avropa və dünya çempionatına vəsiqə üçün formatı dəyişdi

UEFA Avropa və dünya çempionatına vəsiqə üçün formatı dəyişdi

Hazırda oxunan: UEFA Avropa və dünya çempionatına vəsiqə üçün formatı dəyişdi

116696

Avropada Avropa və dünya çempionatlarının final mərhələsi üçün komandaların seçilməsi sistemi dəyişəcək. 

Bizim.Media xəbər verir ki, UEFA İcraiyyə Komitəsi seçmə mərhələnin strukturunda dəyişiklik edilməsi barədə qərar qəbul edib.  

Bu barədə qurumun saytı məlumat yayıb. 

Seçmə mərhələdə 4 və ya 5 komandadan ibarət 12 qrup yaradılacaq. Birinci yeri tutan komandalar Avropa və ya dünya çempionatına birbaşa vəsiqə qazanacaqlar. Qruplarda ikinci yeri tutan komandalar ya avtomatik olaraq əsas mərhələyə yüksələcək, ya da pley-off mərhələsində iştirak edəcək (Millətlər Liqasındakı çıxışına görə Avropa çempionatına vəsiqə qazanan komandalarla birlikdə). 
Dəyişikliklər Avro-2024-dən sonra - yəni 2026-cı il dünya çempionatı üçün seçimdən başlayaraq qüvvəyə minəcək. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO