Stolüstü tennisçilərimiz Qazaxıstana yollandılar

Stolüstü tennisçilərimiz Qazaxıstana yollandılar

Hazırda oxunan: Stolüstü tennisçilərimiz Qazaxıstana yollandılar

116603

Stolüstü tennisçilərimiz daha bir beynəlxalq yarışda iştirak edəcəklər. 

Bizim.Media xəbər verir ki, söhbət Qazaxıstanın Çimkənd şəhərində təşkil olunacaq "Shimkent cup" turnirindən gedir. Yanvarın 26-da start veriləcək yarışda böyüklərlə yanaşı yeniyetmə idmançılar da bacarıqlarını göstərəcəklər. 

Seçmə komandanın böyük məşqçisi Fərhad İsmayılovla məşqçi Ramil Cəfərovun rəhbərliyi ilə Qazaxıstana 8 idmançı yollanıb. 

Həm şəxsi, həm də qoşa yarışlarda Vəzir Allahverdiyev, Nihad Məmmədov, Ləman Abdulhəmidova, Zemfira Mikayılova, Adil Əhmədzadə, Rüstəm Hacılı, Mərziyyə Nurmətova və Aylin Əsgərova etimadı doğrultmağa çalışacaq. 

Beynəlxalq turnirə yanvarın 29-da yekun vurulacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO