“Zirə” “Dinamo” Kiyevin üzvünü transfer edir - ÖZƏL

“Zirə” “Dinamo” Kiyevin üzvünü transfer edir - ÖZƏL

Hazırda oxunan: “Zirə” “Dinamo” Kiyevin üzvünü transfer edir - ÖZƏL

116438

Qış fasiləsində heyətinə yeni oyunçu qatmayan “Zirə” deyəsən susqunluğunu pozmağa hazırlaşır. Rəşad Sadıqovun komandası xüsusilə hücum xəttini gücləndirmək istəyir. 

Bizim.Media-nın əldə etdiyi məlumata görə, qəsəbə təmsilçisi hazırda Kiyev “Dinamo”sunun hücumçusu Vladislav Kulaçla danışıq aparır. 

29 yaşlı futbolçu “Şaxtyor”un yetirməsi olsa da, Ukraynanın bir çox klublarında çıxış edib. 2021-ci ildə “Vorskla”dan “Dinamo”ya keçən Kulaç burada keçirdiyi 6 oyunda 1 dəfə fərqlənib. 

Danışıqlar müsbət yekunlaşarsa, “Zirə” Vladislav Kulaçla rəsmi müqavilə bağlayacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO