"Qarabağ" Antalya toplanışını başa vurub Gəncəyə yola düşdü

Hazırda oxunan: "Qarabağ" Antalya toplanışını başa vurub Gəncəyə yola düşdü

116262

"Qarabağ" Antalyada təlim-məşq toplanışını başa vurub. 

Bizim.Media xəbər verir ki, Ağdam təmsilçisi Antalyadan birbaşa reyslə Gəncəyə gedib.  

Buna səbəb komandanın 2 gündən sonra Misli Premyer Liqasının 19-cu turunda Tovuzda "Turan Tovuz"la matçının olmasıdır. Sözügedən oyuna görə "Qarabağ" Bakıya yox, Gəncəyə yola düşüb. 

Qeyd edək ki,  yanvarın 25-i keçiriləcək "Turan - Tovuz" - "Qarabağ" qarşılaması saat 14:00-da başlayacaq. 

Xatırladaq ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Türkiyədə təlim-məşq toplanışı çərçivəsində keçirdiyi oyunlarda Serbiya "Çukariçki"sinə 1:0 hesabı ilə qalib gəlib, Polşanın "Poqon"una 2:4, Polşa "Rakuv"una 0:3 hesabı ilə uduzub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO