Afrikalı futbolçu

Afrikalı futbolçu "Neftçi" ilə vidalaşdı

Hazırda oxunan: Afrikalı futbolçu "Neftçi" ilə vidalaşdı

114678

Qış fasiləsində "Neftçi" ilə yollarını ayıran seneqallı futbolçu Mamadu Mbodj "ağ-qaralar"la vidalaşıb.

Bizim.Media xəbər verir ki, 29 yaşlı müdafiəçi bununla bağlı "İnstaqram" səhifəsində video paylaşıb.

"Yalnız ən böyük xatirələr... Və hər biri unikaldır! Hər şey üçün "Neftçi"yə ürəkdən təşəkkür edirəm" – deyə afrikalı futbolçu yazıb.

Qeyd edək ki, 2018-ci ilin dekabrında “Neftçi”yə transfer olunan Mbodj 5 mövsüm ərzində 94 rəsmi oyunda meydana çıxıb, 9 qola imza atıb, 2021-ci ildə Azərbaycan çempionu olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO