SON DƏQİQƏ: “Real”ın keçmiş futbolçusu artıq Azərbaycan komandasında

SON DƏQİQƏ: “Real”ın keçmiş futbolçusu artıq Azərbaycan komandasında

Hazırda oxunan: SON DƏQİQƏ: “Real”ın keçmiş futbolçusu artıq Azərbaycan komandasında

114585

“Sabah” klubunun məşhur ispaniyalı futbolçu Xese Rodrigesi heyətinə qatmaq istəməsi ilə bağlı xəbər vermişdik. Artıq oyunçunun Azərbaycana gəlmək ehtimalı daha da artıb. 

Bizim.Media xəbər verir ki, Xese Rodriges hazırkı komandası olan Türkiyənin “Ankaragücü” klubu ilə artıq müqaviləsini pozub.

Bu barədə Ankara təmsilçisinin sosial şəbəkəsində məlumat verilib. 

Beləliklə Xesenin “Sabah”a keçməsi ilə bağlı hər hansı bir maneə qalmayıb. Qeyd edək ki, “Real”dan başqa, PSJ, “Las Palmas”, “Stok Siti”, “Betis” klublarında da oynayan futbolçu “Ankaragücü”də 12 oyunda meydana çıxaraq 1 qol vurub.


Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO