Fransa Futbol Federasiyasının prezidenti istefaya göndərildi

Fransa Futbol Federasiyasının prezidenti istefaya göndərildi

Hazırda oxunan: Fransa Futbol Federasiyasının prezidenti istefaya göndərildi

114291

Fransa Futbol Federasiyasının (FFF) prezidenti Noel Le Qre tutduğu vəzifədən uzaqlaşdırılıb.  

Bizim.Media "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, bu barədə qərar çərşənbə günü FFF İcraiyyə Komitəsinin fövqəladə iclasında qəbul edilib.Federasiyanın rəhbəri vəzifəsini müvəqqəti olaraq qurumun vitse-prezidenti Filip Diallo icra edəcək. 

Fransanın idman naziri Ameli Udea-Kasteranın tapşırığı ilə FFF-nin ümumi idarəçiliyi ilə bağlı audit yoxlamasına qədər Le Qrenin fəaliyyəti dayandırılıb. 

Qeyd edək ki, daha əvvəl Le Qre müsahibələrinin birində Fransa millisinin keçmiş futbolçusu Zinəddin Zidanla bağlı sualı cavablandıraraq, Zidan ona zəng etsə, telefona cavab verməyəcəyini bildirmişdi.
Le Qre daha sonra keçmiş futbolçudan üzr istəyib. Həmçinin futbol agenti Sonia Suid onu cinsi təcavüzdə ittiham edib. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO