“Traktor”un sabiq futbolçusu 26 il həbs cəzası aldı

“Traktor”un sabiq futbolçusu 26 il həbs cəzası aldı

Hazırda oxunan: “Traktor”un sabiq futbolçusu 26 il həbs cəzası aldı

113851

“Traktor” klubunun sabiq futbolçusu Amir Nasr Azadani İranda baş verənlərə etiraz etdiyi üçün 26 il müddətinə azadlıqdan məhrum edilib.

Bizim.Media “iranwire.com” saytına istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi 2022-ci il noyabrın 16-da İsfahanda nümayişçilərlə rejim qüvvələri arasında baş vermiş toqquşma zamanı 3 polis əməkdaşının öldürülməsində iştirak etməkdə günahlandırılıb.

Bir müddət əvvəl barəsində ölüm hökmü verilən Azadani ilə bağlı qərar 26 illə əvəzlənib.

Qeyd edək ki, İranda hakimiyyət əleyhinə çıxan millinin digər tanınmış sabiq futbolçusu Əli Daeinin ölkəni tərk etməsinə qadağa qoyulub.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO