"Aston Villa" qapıçısı Emiliano Martinesi bu qış satmayacaq.
Bizim.Media Britaniya mətbuatına istinadən xəbər verir ki, bir neçə klubun marağına baxmayaraq, İngiltərə təmsilçisi Martineslə yolları ayırmaq fikrində deyil.
Bildirilib ki, 30 yaşlı qolkiper də klubundan ayrılmaq istəmir.
Qapıçının "Aston Villa" ilə müqaviləsində sərbəst qalma maddəsi yoxdur. Ona görə də onun mümkün transferi yalnız klubun qərarından asılıdır.
Qeyd edək ki, E.Martines 2020-ci ilin sentyabrında "Aston Villa"ya keçib. O, Argentina millisi ilə DÇ-2022-nin qalibi olub və turnirin ən yaxşı qapıçısı seçilib.
Bizim.Media
- A-
- A
- A+
İdman
17:38 / 07.01.2023
DÇ-2022-nin ən yaxşı qapıçısı klubunu dəyişməyəcək
Hazırda oxunan: DÇ-2022-nin ən yaxşı qapıçısı klubunu dəyişməyəcək
Hazırda oxunan: DÇ-2022-nin ən yaxşı qapıçısı klubunu dəyişməyəcək
113551
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.