“Qarabağ”dan 10 milyonluq hücumçu TRANSFERİ  

“Qarabağ”dan 10 milyonluq hücumçu TRANSFERİ  

Hazırda oxunan: “Qarabağ”dan 10 milyonluq hücumçu TRANSFERİ  

113473

“Qarabağ” klubu qış fasiləsində ilk transferini reallaşdırmağa yaxındır. Belə ki, komanda fransalı hücumçu Adama Diakabini heyətinə qatmağa hazırlaşır.  

Bizim.Media xəbər verir ki, futbolçu ilə danışıqlar demək olar ki, yekunlaşıb və o, artır komandanın Antalyadakı toplanışına qatılıb.  

Klub hələ ki, rəsmi açıqlama verməsə də, yaxın günlərdə transferin rəsmiləşəcəyi gözlənilir.

Diakabi peşəkar futbola “Renn”də başlayıb. Bu klub 2017-ci ildə onu “Monako”ya 10 milyon avroya satıb. O zaman forvarda PSJ-yə keçən Kilian Mbappenin əvəzedicisi gözüylə baxılırdı.

Maraqlıdı ki, bir il sonra “Knyazlıq klubu” da onu 10 milyon avro qarşılığında “Haddersfild”ə buraxmağa razı oldu. İngiltərə klubu 2020-ci ildə onu “Nottingem Forest”ə, iki il sonra “Amyen”ə icarəyə vermişdi. Maraqlıdır ki, “Qarabağ” bu oyunçunu bu mövsüm başlamamışdan öncə heyətinə qatmaq istəsə də, o, komandaya gəlməkdən imtina etmişdi. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO