Basketbol Liqasında 12-ci tura start verildi - FOTO

Basketbol Liqasında 12-ci tura start verildi - FOTO

Hazırda oxunan: Basketbol Liqasında 12-ci tura start verildi - FOTO

113247

Bu gün "AAAF Xırdalan" və "Sərhədçi" basketbolçuları arasında keçirilən qarşılaşma ilə Azərbaycan Basketbol Liqasında (ABL) 12-ci turun açılış oyunu baş tutub.

Bizim.Media xəbər verir ki, əlavə vaxta gedən oyunun sonunda "Sərhədçi" basketbolçuları oyundan 78-75 hesablı qələbə ilə ayrılaraq, turnir cədvəlinin 4-cü pilləsinə yüksəliblər. Oyunun ən məhsuldar basketbolçuları "AAAF Xırdalan"dan ( Endryu Korum - 21 xal, 21 ribaund ), "Sərhədçi"dən isə ( Brendon Miller - 23 xal, 7 ribaund ) olub. Qeyd edək ki, 12-ci turun digər oyunları ("Sabah BK" - "NTD BK", "Neftçi İK" - "Gəncə BK", "Zirvə Astara BK" - "Olimpik Şəki BK") 7 və 8 yanvar tarixlərində keçiriləcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO