"Qarabağ" təlim-məşq toplanışı üçün Antalyaya YOLLANDI

Hazırda oxunan: "Qarabağ" təlim-məşq toplanışı üçün Antalyaya YOLLANDI

113002

Azərbaycan Premyer Liqasının lideri "Qarabağ" Türkiyəyə yollanıb.

Klubdan Bizim.Media-ya verilən məlumata görə, "köhlən atlar" qış təlim-məşq toplanışı üçün Antalya şəhərinə yola düşüb.

Komanda üzvlərini daşıyan təyyarə səhər saatlarında havaya qalxıb.

Qeyd edək ki, Ağdam təmsilçisi Antalyada 3 yoldaşlıq oyununda qüvvəsini sınayacaq. Son ölkə çempionu yanvarın 13-də Polşanın "Rakuv" klubu ilə üz-üzə gələcək. "Qarabağ" yanvarın 18-də iki görüş keçirəcək. Əvvəlcə Serbiya "Çukariçki"si ilə qarşılaşacaq kollektiv ardınca Polşanın digər təmsilçisi "Poqon"u sınağa çəkəcək.

Təlim-məşq toplanışı yanvarın 23-dək davam edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO