Mərkəzi Ordu İdman Klubu 2022-ci ilin yekunlarının müzakirəsi üçün TOPLANDI- FOTO 

Mərkəzi Ordu İdman Klubu 2022-ci ilin yekunlarının müzakirəsi üçün TOPLANDI- FOTO 

Hazırda oxunan: Mərkəzi Ordu İdman Klubu 2022-ci ilin yekunlarının müzakirəsi üçün TOPLANDI- FOTO 

112543

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi hazırlıq planına əsasən Mərkəzi Ordu İdman Klubunda (MOİK) 2022-ci ilin yekunlarına həsr olunan toplantı keçirilib. 

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. 

Toplantıda MOİK-in təmsilçilərinin təkcə Azərbaycan Ordusunda keçirilən yarışlarda deyil, beynəlxalq yarışlarda da yüksək nailiyyətlər əldə etdikləri vurğulanıb. 

Növbəti ildə planlaşdırılan yarış və idman tədbirlərində ölkəmizi layiqincə təmsil etmək üçün aidiyyatı üzrə müvafiq şəxslərə tapşırıqlar verilib. 

Sonda cari ilin yekununa əsasən hərbi intizamın möhkəmləndirilməsində, eləcə də idman sahəsində yüksək göstəricilərin əldə edilməsində fərqlənənlər təltif olunublar. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO