Bu ilin 10 ən bahalı transferi

Bu ilin 10 ən bahalı transferi

Hazırda oxunan: Bu ilin 10 ən bahalı transferi

112452

Transfermarkt İnternet portalı 2022-ci ilin ən bahalı 10 transferinin siyahısını elan edib. 

Bizim.Media xəbər verir ki, yola salmağa hazırlaşdığım ilin ən bahalı transferi "Ayaks"dan "Mançester Yunayted"ə keçən 22 yaşlı Antoni olub. İngilis klubu braziliyalı hücumçu üçün Amsterdam təmsilçisinə 95 milyon avro təzminat ödəyib.

1. Antoni ("Ayaks"dan "Mançester Yunayted"ə - 95 milyon avro). 

2. Duşan Vlahoviç ("Fiorentina"dan "Yuventus"a - 81,6 milyon). 

3. Uesli Fofana ("Lester"dən "Çelsi"yə - 80,4 mln). 

4. Orelyen Tçuameni ("Monako"dan "Real"a - 80 mln). 

5. Darvin Nunyes ("Benfika"dan "Liverpul"a -  80 mln). 

6. Kazemiro ("Real"dan "Mançester Yunayted"ə - 70,65 mln). 

7. Aleksander İsak ("Real Sosyedad"dan "Nyukasl"a - 70 mln). 

8. Matteys de Liqt ("Yuventus"dan "Bavariya"ya - 67 mln). 

9. Marko Kukurelya ("Brayton"dan "Çelsi"yə - 65,3 mln). 

10. Erlinq Holand ("Borussiya" Dortmunddan "Mançester Siti"yə - 60 mln)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO