Azərbaycan Premyer Liqasında bu il keçiriləcək SON MATÇLAR

Azərbaycan Premyer Liqasında bu il keçiriləcək SON MATÇLAR

Hazırda oxunan: Azərbaycan Premyer Liqasında bu il keçiriləcək SON MATÇLAR

111530

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında mövsümün ilk hissəsinə vurulacaq.

Bizim.Media xəbər verir ki, 2-ci dövrənin sonuncu - XVIII turunun bağlanış oyununda "Zirə" "Kəpəz"i qəbul edəcək.

Hazırda "qartallar" 27 xalla 4-cü, "sarı-göylər" isə 11 xalla 9-cu pillədə qərarlaşıb.

Komandalar indiyədək ölkə çempionatında 13 dəfə qarşılaşıb. Bunların 6-da Bakı klubu, 3-də Gəncə təmsilçisi qələbə qazanıb. 4 qarşılaşma heç-heçə ilə yekunlaşıb. Topların nisbətində də Rəşad Sadıqovun baş məşqçi olduğu komanda öndədir - 18:12.
“Zirə” son 5 matçda uduzmayıb. Bakılar son 4 ev oyununda qalib gəlib.

Qeyd edək ki, turun əvvəlki matçlarında "Neftçi" evdə "Şamaxı"nı 3:0, "Sabah" səfərdə "Sumqayıt"ı 6:0, "Qarabağ" "Səbail"i 3:0 hesabı ilə məğlub edib, "Qəbələ" isə öz meydanında "Turan Tovuz"la qolsuz sülhə razılaşıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO