Azərbaycanın ağır atletikası tarixində yeni rekord qeydə alındı – FOTO

Azərbaycanın ağır atletikası tarixində yeni rekord qeydə alındı – FOTO

Hazırda oxunan: Azərbaycanın ağır atletikası tarixində yeni rekord qeydə alındı – FOTO

110817

21-23 dekabr tarixlərində Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında keçirilən qadınlar, kişilər və veteranlar arasında ağır atletika üzrə Azərbaycan Kubokuna start verilib. 

Bizim.Media xəbər verir ki, yarışda şəhər və rayonların, idman cəmiyyətlərinin, idman klublarının, idman mərkəzlərinin, UGİM-lərin hazırkı əsasnamə üzrə təyin olunmuş dərəcə normalarını yerinə yetirən və tibbi müayinədən keçən yüzdən çox atlet öz qüvvəsini sınayacaq.

Artıq ilk rekord qeydə alınıb. Yarışa 25 nəfər qadın idmançı qatılıb ki, bu da Azərbaycan ağır atletikası tarixində bir ilkdir. Bu günə qədər Respublika dərəcəli heç bir yarışımızda bu qədər qadın ağır atlet iştirak etməmişdi. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO