Fransanın “L’Equipe” nəşri Qətərdə keçirilən dünya çempionatının ən pis futbolçularının reytinqini hazırlayıb.
Bizim.Media xəbər verir ki, uelsli qapıçı Ueyn Hennessi ən pis qapıçı seçilib.
Reytinqdə müdafiəçilərdən - Metti Keş (Polşa), Məhəmmədhüseyn Kanaani (İran), Boualem Khouhi (Qətər), Yannik Ferreyra Karrasko (Belçika); yarımmüdafiəçilərdən - Andreas Skov Olsen (Danimarka), Kristyan Belik (Polşa), Piotr Zielinski (Polşa), Krepen Qyatta (Seneqal); hücumçulardan Qaret Beyl (Uels), Entoni Kontreras (Kosta Rika) yer alıblar.
Qeyd edək ki, futbol üzrə Argentina millisi Qətərdə keçirilən dünya çempionatında Fransa yığmasını penalti seriyasında məğlub edərək mundialın qalibi olub – 3:3 (4:2). Argentina millisi tarixində üçüncü dəfə mundialı birinci pillədə başa vurub.
Komanda bu göstərici ilə Fransa və Uruqvay yığmalarını qabaqlayıb. Belə ki, Fransa və Uruqvay millilərinin hesabında 2 dünya çempionluğu var.
İtaliya və Almaniya seçmələri 4, Braziliya isə 5 dəfə dünya çempionu olub.
Bizim.Media
- A-
- A
- A+
İdman
09:15 / 20.12.2022
Dünya çempionatının ən pis futbolçularının reytinqi - SİYAHI
Hazırda oxunan: Dünya çempionatının ən pis futbolçularının reytinqi - SİYAHI
Hazırda oxunan: Dünya çempionatının ən pis futbolçularının reytinqi - SİYAHI
110530
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.