Argentina dünya çempionu oldu - YENİLƏNİB - FOTO/VİDEO

Argentina dünya çempionu oldu - YENİLƏNİB - FOTO/VİDEO

Hazırda oxunan: Argentina dünya çempionu oldu - YENİLƏNİB - FOTO/VİDEO

110293

Argentina futbol üzrə dünya çempionu olub.

Bizim.Media xəbər verir ki, Cənubi Amerikalılar bu sevincə penalti zərbələri ilə nail olublar.

Qeyd edək ki, matç əlavə vaxt da daxil olmaqla 3-3 hesabı ilə sona çatıb.

Xatırladaq ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxıblar:

Argentina: Emiliano Martines, Nauel Molina, Kristian Romero, Nikolas Otamendi, Markos Akunya, Anxel Di Mariya, Rodriqo De Paul, Entso Fernandes, Aleksis Makkallister, Lionel Messi, Xulian Alvares.

Fransa: Uqo Lyoris (K), Jül Kunde, Rafael Varan, Dayo Upamekano, Teo Ernandes, Adrian Rabyo, Orelyen Çuameni, Antuan Qrizmann, Kilian Mbappe, Usman Dembele, Olivye Jiru.

*** 21:40

Fransa millisi hesabı bərabərləşdirib. Hesab 3:3 olub.

Bizim.Media xəbər verir ki, bu qolu Mbappe penalti zərbəsi ilə vurub.

*** 21:33

Argentina millisi 3-cü qolunu vurub.

Bizim.Media xəbər verir ki, bu qolun müəllifi Lionel Messi olub.

*** 20:45

Qətərdəki dünya çempionatında Argentina və Fransa yığmaları arasında keçirilən final oyununda hesab bərabərləşib.

Bizim.Media xəbər verir ki, 82-ci dəqiqədə Avropa təmsilçisindən Kilian Mbappe özünün və komandasının 2-ci qolunu vurub.

*** 19:38

Argentina futbolçuları Fransa ilə matçda 2-ci qolu vurub.

Bizim.Media xəbər verir ki, fransızların qapısından topu Di Mariya keçirib.

*** 19:23

Argentina millisinin hücumçusu Lionel Messi penalti zərbəsi ilə hesabı açıb.

*** 19:05

Qətərin Lusail stadionunda futbol üzrə Dünya çempionatının final oyunu başlayıb.

Bizim.Media xəbər verir ki, Argentina və Fransa milliləri kimin daha güclü olduğunu aydınlaşdıracaqlar.

Bu final gənc Mbappenin ikinci dəfə dünya çempionu olmaq imkanı, “qocaman” Messi üçün ilk və bəlkə də son dünya çempionluğu şansıdır.

Xatırladaq ki, qalib komanda 40 milyon avroluq mükafata sahib olacaq, ikinci yerin sahibi isə 29 milyon avro əldə edəcək.

Bizim.Media

 

 

 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO