Messidən növbəti UĞUR - Mattesunun rekorduna şərik oldu 

Messidən növbəti UĞUR - Mattesunun rekorduna şərik oldu 

Hazırda oxunan: Messidən növbəti UĞUR - Mattesunun rekorduna şərik oldu 

109439

Argentina millisinin kapitanı Lionel Messi dünya çempionatlarında 25-ci matçına çıxıb. 

Bizim.Media xəbər verir ki, hazırda DÇ-2022-nin yarımfinalında Xorvatiya ilə keçirilən matçın start heyətində yer alan 35 yaşlı hücumçu Lotar Matteusun rekorduna şərik olub. 

Belə ki, Almaniya millisinin sabiq üzvü də mundiallarda 25 oyuna çıxmışdı. 

Görünən odur ki, Messi Matteusun rekordunu yeniləməyə yaxındır. Zədə və ya cəza olması, Messi ya final, ya da 3-cü yer uğrunda görüşə çıxmaqla mundiallarda yeni rekorda sahib olacaq. 
Həmçinin kapitan dünya çempionatlarında 11-ci qolunu vurub. Belə ki, Messi oyunun 34-cü dəqiqəsində penalti zərbəsini dəqiq yerinə yetirməklə bu uğura nail olub. 

Bu, Messinin cari çempionatda beşinci qolu olub. Hesabında ümumilikdə 11 qol olan forvard hazırda forma geyinən futbolçular arasında liderliyə yüksəlib. Qeyd edək ki, rekord Almaniya millisinin sabiq hücumçusu Miroslav Klozeyə məxsusdur – 16 qol. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO