DÇ-2022: Argentina açıq hesab fərqi ilə öndədir - VİDEO

DÇ-2022: Argentina açıq hesab fərqi ilə öndədir - VİDEO

Hazırda oxunan: DÇ-2022: Argentina açıq hesab fərqi ilə öndədir - VİDEO

109436

Qətərdə keçirilən dünya çempionatının yarımfinal mərhələsi çərçivəsində Argentina – Xorvatiya matçının birinci hissəsi başa çatıb. 

Bizim.Media xəbər verir ki, “Lusail” stadionunda keçirilən matçda hesabı 34-cü dəqiqədə Argentina millisinin hücumçusu Lionel Messi açıb.  

Penalti zərbəsini dəqiq yerinə yetirən forvard komandasını hesabda önə keçirib. Beş dəqiqə sonra argentinalı futbolçu Xulian Alvares fərqlənib. 

Görüşün birinci hissəsi Argentina millisinin 2:0 hesablı üstünlüyü ilə yekunlaşıb. 

İkinci hissədə Xulian Alvares yenə fərqlənib. Oyunun 69-cu dəqiqəsində rəqibin qapısına dəqiq zərbəsi nəticəsində Argentina millisini açıq hesabla irəliyə aparıb. 

Argentina – Xorvatiya 3:0 

Qollar: Lionel Messi, 34-pen, Xulian Alvares, 38, 69 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO