Braziliya millisinin məğlubiyyətindən sonra silahlı insident baş verib – Ölən var 

Braziliya millisinin məğlubiyyətindən sonra silahlı insident baş verib – Ölən var 

Hazırda oxunan: Braziliya millisinin məğlubiyyətindən sonra silahlı insident baş verib – Ölən var 

108984

Futbol üzrə Braziliya milli komandasının Xorvatiya ilə dünya çempionatının 1/4 final matçında məğlub olmasından sonra silahlı insident baş verib.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, insident nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb.

Hadisə San-Paulu ştatının Barreteş şəhərində baş verib. Matçın bitməsindən az sonra ticarət mərkəzində başlayan münaqişə ticarət mərkəzinin qarşısında davam edən və atışma ilə nəticələnən kütləvi davaya çevrilib.
Bildirilir ki, hadisə nəticəsində 17 yaşlı qız odlu silahdan atəş açılması nəticəsində ölüb.

Polisin məlumatına görə, dörd nəfər avtomobillə hadisə yerindən qaçıb. Münaqişənin səbəbləri açıqlanmır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO