Həndbol üzrə Azərbaycan çempionatında növbəti oyunlar keçirildi - FOTO

Həndbol üzrə Azərbaycan çempionatında növbəti oyunlar keçirildi - FOTO

Hazırda oxunan: Həndbol üzrə Azərbaycan çempionatında növbəti oyunlar keçirildi - FOTO

107828

Kişi həndbolçular arasında Azərbaycan çempionatında V və VI turun oyunları keçirilib.

Bizim.Media xəbər verir ki, V turda yarışın əsas favoritlərindən sayılan “Dinamo” komandası RİOEUGİM kollektivini sınağa çəkib.

Nominal ev sahibinin tam üstünlüyü ilə keçən qarşılaşma 45:21 hesabı ilə nəticələnib.

“Məhsul” - U-16 görüşündə də səviyyə fərqi hesabda əksini tapıb - 43:18. “İdman Akademiyası” - “Təhsil” matçı daha gərgin mübarizə ilə yadda qalıb. Bu qarşılaşmadan “İdman Akademiyası” qələbə ilə ayrılıb - 31:24.

U-16 bu turda da “Məhsul”un qarşısını ala bilməyib – 16:45.

“Təhsil” komandası isə “İdman Akademiyası” kollektivinə V turdakı məğlubiyyətin əvəzini çıxıb. Gərgin mübarizə ilə yadda qalan oyun 27:26 hesabı ilə “Təhsil”in xeyrinə başa çatıb.
“Məhsul” 6 oyundan 17 xalla çempionatın lideridir. “İdman Akademiyası” 15 xalla 2-ci, iki oyun keçirən “Dinamo” 12 xalla 3-cü pillədədir. 4-cü pillədəki “Təhsil”in 9, 5-ci yerdə qərarlaşan “Bakı”nın 1 xalı var. RİOEUGİM və U-16 komandaları hələlik xal qazana bilməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO