UEFA

UEFA "Yuventus"la bağlı BU SƏBƏBDƏN araşdırma aparır

Hazırda oxunan: UEFA "Yuventus"la bağlı BU SƏBƏBDƏN araşdırma aparır

107611

UEFA-nın "Yuventus"la bağlı araşdırma başlatmasının səbəbi müəyyənləşib.

Bizim.Media İtaliya mətbuatına istinadən xəbər verir ki, buna səbəb koronavirus pandemiyası zamanı “Yuventus”un gizli şəkildə oyunçularına maaşı ödəməsi olub.

Həmin vaxt isə klub futbolçuların müvəqqəti olaraq maaşdan imtina etdiyini açıqlayıb.

Bildirilib ki, Turin klubu gizli şəkildə 17 futbolçuya təxminən 60 milyon avro ödəyib.

Qeyd olunub ki, “Yuventus” və bu işdə yer alanlar çox ciddi cəza ala bilərlər. Bununla bağlı Andrea Anyelli və Pavel Nedvedin klub rəhbərliyindən bir müddət əvvəl istefa verdiyi vurğulanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO