Fransa millisi “Qətər-2022”yə qələbə ilə başladı

Fransa millisi “Qətər-2022”yə qələbə ilə başladı

Hazırda oxunan: Fransa millisi “Qətər-2022”yə qələbə ilə başladı

105793

Qətərdə keçirilən futbol üzrə dünya çempionatının üçüncü gününə yekun vurulub.

Bizim.Media xəbər verir ki, turnirin D qrupunda birinci tur çərçivəsində növbəti oyun keçirilib.

Belə ki, Fransa millisi Avstraliya yığması ilə qarşılaşıb. Matç Fransa millisinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda hesabı 9-cu dəqiqədə Kreyq Qudvinin vurduğu qolla Avstraliya millisi açıb. Oyunun 27-ci dəqiqəsində Adrian Rabyo tarazlığı bərpa edib, 32-ci dəqiqədə Olivye Jiru fransalıları hesabda önə keçirib. Qarşılaşmanın 68-ci dəqiqəsində Kilian Mbappe 3-cü dəfə rəqibi meydanın mərkəzinə dəvət edib. Son nöqtəni isə 71-ci dəqiqədə Jiru qoyub.

Bu nəticədən sonra son dünya çempionu 3 xalla turnir cədvəlinə başçılıq edir. Danimarka və Tunis hərəyə 1 xalla 2-3-cü yerləri bölüşdürür. Xalı olmayan Avstraliya isə sonuncu sırada qərarlaşıb.

Üçüncü oyun günündə C qrupunda Argentina Səudiyyə Ərəbistanı ilə qarşılaşıb və gözlənilməz halda 1:2 hesabı ilə uduzub. Eyni qrupda "Stadium 974"də oynanılan matçda Meksika Polşa ilə üz-üzə gəlib. Oyunda qapılara qol vurulmayıb. Polşa millisinin kapitanı Robert Levandovski matçın 58-ci dəqiqəsində penaltidən yararlana bilməyib. Meksikalı qapıçı Gilyermo Oçoa Levandovskinin zərbəsini dəf edib. D qrupu çərçivəsində isə Danimarka - Tunis matçı oynanılıb. Görüş qolsuz bərabərliklə başa çatıb.

Qeyd edək ki, “Qətər-2022”yə dekabrın 18-də yekunlaşacaq.
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO