Azərbaycanın şahmat komandası dünya çempionatında finala yüksəldi 

Azərbaycanın şahmat komandası dünya çempionatında finala yüksəldi 

Hazırda oxunan: Azərbaycanın şahmat komandası dünya çempionatında finala yüksəldi 

105789

Kişi şahmatçılardan ibarət Azərbaycan millisi İsraildə təşkil olunan komandalararası dünya çempionatında növbəti oyununu keçirib.

Azərbaycan Şahmat Federasiyasından Bizim.Media-ya daxil olan məlumata görə, Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Aydın Süleymanlı, Qədir Hüseynov və Vüqar Əsədlidən ibarət yığmamız B qrupunun sonuncu - V turunda İsraillə üz-üzə gəlib.

Şəhriyar Məmmədyarov və Qədir Hüseynov qələbə qazanıblar. Teymur Rəcəbov məğlub olduğu halda Rauf Məmmədov heç-heçə oynayıb.

Yekun hesabda İsrail komandasını 2,5:1,5 hesabı ilə məğlub edən Azərbaycan millisi 7 xalla qrup ikincisi kimi dörddəbir finala yüksəlib. Azərbaycan millisi növbəti mərhələdə İspaniya kollektivi ilə mübarizə aparacaq.
Qeyd edək ki, dünya çempionatına noyabrın 25-də yekun vurulacaq.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO