Bu klub Ronaldonu transfer etmək fikrindən daşındı

Bu klub Ronaldonu transfer etmək fikrindən daşındı

Hazırda oxunan: Bu klub Ronaldonu transfer etmək fikrindən daşındı

105301

"İnter" qış transfer pəncərəsində "Mançester Yunayted"dən ayrılacağı gözlənilən Kriştiano Ronaldonu heyətinə qatmaq fikrindən daşınıb.

Bizim.Media "Sportmediaset"ə istinadən xəbər verir ki, İtaliya təmsilçisi portuqaliyalı hücumçunun yüksək maaşı səbəbindən bu qərarı verib.

“Mançester Yunayted” noyabrın 18-i Ronaldo ilə müqaviləni təzminat ödəmədən pozmaq prosesinə başlayıb.

Həmçinin rəhbərlik portuqaliyalının 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatından sonra kluba qayıtmasını istəmir.

Qeyd edək ki, Ronaldo bu mövsüm "Mançester Yunayted"in heyətində 16 oyuna çıxıb, 3 qol vurub və 2 qolun ötürməsini verib. Onun klubu ilə müqaviləsi 2023-cü ilin yayına kimi nəzərdə tutulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO