"Son vaxtlar işlərimiz yaxşı gedir” – Millimizin baş məşqçisi

Hazırda oxunan: "Son vaxtlar işlərimiz yaxşı gedir” – Millimizin baş məşqçisi

104532

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi səfərdə Moldovaya qarşı keçirəcəkləri yoldaşlıq oyunundan əvvəl mətbuat konfransı keçirib.

Bizim.Media xəbər verir ki, millimizin baş məqçisi seçmə mərhələyə 122 gün qaldığını, bu iki oyunun inam qazanmaq baxımından vacib olduğunu bildirib. 

İtaliyalı mütəxəssis bildirib ki, həyatda irəliyə getmək üçün nəyisə çox istəməli, inkişaf etməlisən:

"Bu, sabitlik baxımından da önəmlidir. Gördüyünüz kimi həmişə Bakıdayam, bütün oyunları izləyirəm. Hazırda düşərgədə 26 futbolçu var. Bu oyunçular bizə seçmə mərhələdə kömək edə bilərlər. Millinin qapısı hamı üçün açıqdır. Amma bağlana da bilər. Son vaxtlar işlərimiz yaxşı gedir. Buna görə sevinirəm".

O, yığmaya dəvət alan futbolçulardan Emin Mahmudovla Riçard Almeydanı digər futbolçulara nümunə göstərib:

"Yadınızdadırsa, Emin əvvəl çox oynamırdı. Amma onunla söhbətdən sonra əsas heyət üzvünə çevrildi. Almeydaya gəlincə, əvvəl düşünürdüm ki, daha çox gənclərə şans verməliyəm. Lakin gördüm ki, Riçard meydanda can qoyur. Braziliyadan olsa da, daha çox azərbaycanlıdır. Kim millidə oynamaq istəyirsə, düzgün nümunə olmalıdır".

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO