"Mançester Yunayted"dən Ronaldo ilə bağlı AÇIQLAMA

Hazırda oxunan: "Mançester Yunayted"dən Ronaldo ilə bağlı AÇIQLAMA

104460

"Mançester Yunayted" futbolçusu Kriştiano Ronaldo ilə müqaviləni yaxın günlərdə ləğv edə bilər.

Bizim.Media "Telegraph"a istinadən xəbər verir ki, bu, portuqaliyalı hücumçunun müqaviləsinin ləğvinə görə təzminat istəməyəcəyi təqdirdə, reallaşacaq. Mançester təmsilçinin 37 yaşlı oyunçu ilə yolları ayırmağa müsbət baxdığı bildirilir.

Qeyd  edək ki, Ronaldo "Manester Yunayted"də həftəsinə 450 min funt sterlinq qazanır. O, klub tarixinin ən çox maaş alan futbolçusudur.

Xatırladaq ki, Ronaldo "Mançester Yunayted"in onu qovmağa çalışdığını, baş məşqçi Erik Ten Haqdan hörmət görmədiyini bildirmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO