“Azərbaycan komandası son vaxtlar yaxşı təsir bağışlayır” – Zoltan Gera 

“Azərbaycan komandası son vaxtlar yaxşı təsir bağışlayır” – Zoltan Gera 

Hazırda oxunan: “Azərbaycan komandası son vaxtlar yaxşı təsir bağışlayır” – Zoltan Gera 

104364

"Azərbaycan millisi son vaxtlar yaxşı təsir bağışlayır".

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bunu 21 yaşadək futbolçulardan ibarət Macarıstan yığmasının baş məşqçisi Zoltan Gera Türkiyədə Azərbaycan və Danimarka seçmələrinə qarşı keçirəcəkləri yoldaşlıq oyunları barədə yerli mətbuata açıqlamasında deyib.

Mütəxəssis bildirib ki, Antalyada onları fərqli üslubda oynayan iki rəqib gözləyir.

"Azərbaycan fiziki cəhətdən güclü kollektivdir. Danimarka isə Avropanın top komandasıdır. Futbolçularının çoxu artıq Çempionlar Liqasında çıxış edib. Buna görə də, ikinci matç bizim üçün əsl sınaq olacaq". 

Qeyd edək ki, Azərbaycan - Macarıstan görüşü noyabrın 17-də baş tutacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO