Mahir Emreli “Dinamo”nun son matçında dubl etdi - VİDEO

Mahir Emreli “Dinamo”nun son matçında dubl etdi - VİDEO

Hazırda oxunan: Mahir Emreli “Dinamo”nun son matçında dubl etdi - VİDEO

104152

Milli komandamızın üzvü Mahir Emrelinin çıxış etdiyi "Dinamo" bu gün Xorvatiya çempionatında növbəti oyununa çıxıb.

Bizim.Media xəbər verir ki, Zaqreb təmsilçisi səfərdə "Riyeka" ilə qarşılaşıb və 7:2 hesabı ilə qalib gəlib.

Emreli bu görüşdə dublla yadda qalıb. 72-ci dəqiqədə meydana çıxan 26 yaşlı hücumçu elə həmin dəqiqə hesabı artırıb. Mahir digər qolu 85-ci dəqiqədə rəqib qapısından keçirib. Millimizin üzvü 73-cü dəqiqədə sarı vərəqə alıb.
Qollar: Misiç, 2 (0:1), Orsiç, 13 (0:2), Şpikiç, 27 (0:3), Orsiç, 44 (0:4), Luneatta, 47 (1:4), Sutalo, 56 (1:5), Emreli, 72 (1:6), 85 (1:7), Vransiç, 90+1 (2:7).

Bu qələbə ilə xallarını 41-ə çatdıran "Dinamo" liderliyini möhkəmləndirib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO